Heqset Latın Amerikasından narkotik qaçaqmalçılığı ilə mübarizə üçün xüsusi qrup yaradıldığını deyib

11.10.2025

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pentaqon rəhbəri Pit Heqset Venesuelanın psixotrop maddələrin qaçaqmalçılığı ilə qeyri-adekvat mübarizə apardığına dair ittihamlar fonunda Latın Amerikasından narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ABŞ Cənub Komandanlığının (SOUTHCOM) xüsusi bölməsinin yaradıldığını elan edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Pentaqon rəhbəri "X" sosial platformasında yazıb.

"ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Müdafiə Nazirliyi narkotik kartelləri ilə mübarizə üçün məsuliyyət daşıyan ərazidə yeni birgə SOUTHCOM işçi qrupu yaradır", - deyə qeyd edib.

Bu yaxınlarda ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində beynəlxalq sularda Venesueladan narkotik maddələrin daşınması ilə bağlı saxta ittiham irəli sürülən insanları daşıyan ən azı dörd sürətli qayığı məhv edib.

ABŞ prezidenti Donald Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında silahlı qüvvələrin Venesuela narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən gəmilərə hücumu davam etdirəcəyini bildirib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью