Heqset: Tramp İranla sövdələşməyə hazırdır

31.03.2026

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməyə hazırdır və bu razılaşmanın şərtləri Tehran hakimiyyətinə məlumdur.

Xalqcebhesi.az xəbər verir ki, bu bəyanatla ABŞ-ın müdafiə naziri Pit Heqset çıxış edib.

"Əgər İranda kifayət qədər müdriklik varsa, o zaman sövdələşməyə gedəcək", — deyə Pentaqon rəhbəri jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, "Prezident Tramp sövdələşməyə gedəcək. O hazırdır və sövdələşmənin şərtləri onlara (İran rəsmilərinə) məlumdur", — deyə Heqset əlavə edib.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью