Heqset: Trampın Qəzza ilə bağlı səyləri Ukraynada da təkrarlana bilər

15.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Pentaqon rəhbəri Pit Heqset ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı sülhməramlı səylərindən sonra eyni şeyin Ukraynada da təkrarlana biləcəyinə ümid etdiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ rəsmisi Brüsseldə çıxışı zamanı bəyan edib.

"Dünya gördü ki, bizim prezidentimiz - ABŞ-nin tərəfində duranları dəstəkləyən, sülhə can atan sülh prezidentidir. Bu, orada (Qəzza sektorunda - red.) gördüyümüz bir şeydir, bu, məhz Ukraynada görməyi ümid etdiyimizdir", - deyə Heqset qeyd edib.

Bununla yanaşı, Pentaqon rəhbəri vurğulayıb ki, sülhə yalnız güc sayəsində nail olmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью