Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın müdafiə naziri Pit Hegseth və komandasına Veteranlar Günü mərasimindən sonra Arlington Milli Qəbiristanlığında davranış qaydalarına riayət etmələri barədə xəbərdarlıq edilib.
Turkustan.az xəbər verir ki, Naməlum Əsgərin Məzarını qoruyan əsgər Hegsethin müşavirləri və əməkdaşlarından ibarət qrupa sükuta riayət etmələri barədə şifahi xəbərdarlıq edib.
Yayılan görüntülərdə Hegsethin həyat yoldaşı Cennifer, Baş Qərargah rəisi Riki Buriya, Baş Qərargah rəisinin müavini Patrik Viver və baş məsləhətçi Tami Radabau ilə birlikdə məzarın qarşısındakı boş pilləkənlərdə xatirə şəkli çəkdirdiyi görünür.
Qrup şəkil çəkdirdikdən sonra ərazidə ucadan gülüş səsləri eşidilib. Bundan sonra məzarı qoruyan əsgər ucadan səslənərək ziyarətçilərə müraciət edib: “Bütün ziyarətçilərdən hər zaman sükut və hörmət gözlənilir”.
Pentaqonun sözçüsü Şon Parnell məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu əlamətdar günü qeyd edərkən əsgər hər kəsə müvafiq davranış qaydalarına əməl etməyin vacibliyini və bunun hörmət çərçivəsində edilməli olduğunu xatırladıb.
Aytən Yaşar/Turkustan.az