Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xarici dil müasir təhsil sistemi və tədrisinin keyfiyyətində önəmli məsələlərdən biridir.
Onun tədrisi orta məktəblərdə 11 il ərzində həyata keçirilsə də, nəticələr çox zaman gözlənilən səviyyədə olmur.
Təhsil müəssisələrini bitirən şagirdlərin əksəriyyəti tədris olunan dili effektiv istifadə edə bilmir.
Eyni problem, xarici dil müəllimlərini hazırlayan pedaqoji universitetlərdə də mövcuddur: dörd il bu sahədə təhsil alan məzunlar belə, çox vaxt öyrəndikləri dildə sərbəst ünsiyyət qura bilmir.
Bunun səbəbi nədir? Problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzuyla Bağlı Bakupost.az-a danışan təhsil eksperti Elşən Qafarov bldirib ki, mövcud qanunvericiliyə görə, orta təhsil səviyyəsini bitirən məzunların bir və ya bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalı olduqları qeyd olunub: "Bizdə ümumtəhsil mərkəzlərində birinci sinifdən keçirilən xarici dil əsas sayılır.
İkinci xarici dil isə beşinci sinifdən, Azərbaycan dili bölməsində keçirilir.