Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son illər aparılan araşdırmalarda paket çayların tərkibində və xüsusilə bəzi çay paketlərinin materialında mikroplastik hissəciklərin olduğu ilə bağlı iddialar geniş müzakirə olunur. Mütəxəssislər bildirirlər ki, yüksək temperaturda bu hissəciklər suya keçərək insan orqanizminə daxil ola bilər. Mikroplastiklərin uzunmüddətli təsirləri tam öyrənilməsə də, onların hormonal pozuntular, həzm sistemi problemləri və immunitetə mənfi təsirləri ilə bağlı narahatlıqlar artır. Gündəlik həyatda milyonlarla insanın paket çaydan istifadə etməsi isə mövzunu daha aktual edir.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, hazırda müasir dövrdə tez-tez istifadə olunan, hətta bəzi insanların gündəlik həyatında yer alan paket çayların insan orqanizmi üçün bir çox zərərləri var:
“İlk növbədə, həmin paketlərin hazırlanmasında istifadə olunan plastik tərkibli materiallar təhlükə yaradır. Belə ki, isti su ilə təmas zamanı bu materiallardan nanohissəciklər ayrılır və suya qarışaraq orqanizmə daxil olur. Xüsusilə də bu hissəciklərin orqanizmdən tam şəkildə xaric olmaması ciddi risk hesab olunur. Uzun müddət mütəmadi istifadə isə ürək-damar tıxanıqlığına, hətta qəfil ürək dayanmasına qədər gətirib çıxara bilər. Digər əsas məqam paket çaylarda istifadə olunan kimyəvi maddələrlə bağlıdır. Müxtəlif aromatizatorlar və sintetik boyalar çayın qısa müddətdə rəng verməsi və fərqli dad yaratması üçün istifadə olunur. Lakin bu maddələr insan orqanizmində xərçəng və digər təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər. Eyni zamanda mədə-bağırsaq problemlərinə, immun sisteminin zəifləməsinə və həzm sistemində ciddi pozuntulara yol açır. Zaman keçdikcə bu təsirlər daha ağır fəsadlarla nəticələnə bilir. Bundan əlavə, bu cür kimyəvi maddələrin yaddaş zəifləməsinə və xüsusilə yeniyetmə yaşlarında hormonal pozuntulara səbəb olduğu bildirilir. Bu isə gələcəkdə sonsuzluq və ya anadangəlmə problemlərlə bağlı riskləri artırır. Ümumiyyətlə, istər bitki çayları, istər arıqlama çayları, istərsə də adi qara çaylar olsun, paketlənmə prosesində sənaye üsulu ilə oxşar prosedurlardan istifadə edilir”.
O bildirib ki, müasir dövrdə artıq bu zərərlər məlum olduqdan sonra bəzi şirkətlər plastik paketlərdən imtina edərək daha sağlam materiallardan parça və ya pambıq əsaslı paketlərdən istifadə etməyə başlayıblar:
“Lakin bu halda da əsas təhlükə çayın və ya bitkinin tərkibinə əlavə olunan kimyəvi qatqılardır. Həmin maddələr məhsulun uzun müddət xarab olmaması, kiflənməməsi, bakteriya yaranmaması və qoxusunun dəyişməməsi üçün istifadə olunur. Bu qatqılar isə sağlamlığa birbaşa mənfi təsir göstərir və problemlər dərhal deyil, zamanla ortaya çıxır. Çay mümkün qədər təbii şəkildə, quru çay formasında dəmlənərək istifadə olunsun. Həmçinin çayın 10-15 dəqiqədən artıq dəmlənməsi məsləhət görülmür. Çünki uzun müddət qaldıqda çayda və digər bitkilərdə orqanizm üçün zərərli toksin maddələr yarana bilər. Bu da həzm pozğunluqları və digər sağlamlıq problemlərinə səbəb olur. Ən doğru üsul çayı təzə dəmləyərək və təbii quru çaydan istifadə etməklə içməkdir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, hazırda müasir dövrdə tez-tez istifadə olunan, hətta bəzi insanların gündəlik həyatında yer alan paket çayların insan orqanizmi üçün bir çox zərərləri var: