Hər 10 uşaqdan 1 i piylənmədən əziyyət çəkir ÜST dən həyəcan təbili

29.01.2026

Icma.az, Medicina portalına istinadən məlumat verir.


Piylənmə ilə mübarizə davam etsə də, bu rəqəmlər dünya miqyasında artır.

Məktəb yaşlı uşaqlar və yeniyetmələr xüsusilə siyahının başındadır.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məktəblərdə sağlam qidalanma ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada məktəblərdə sağlam qidalanmanın uşaqların həyatı boyu sağlam inkişafına kömək edə biləcəyi vurğulanıb. Yeməkxanalarda sağlam qida və içkilərin təşviq edilməsinə çağırış edilib.


Bəyanatda uşaqlıq dövründə artıq çəki və piylənmənin qlobal miqyasda artdığı qeyd edilərək əlavə edilib:

“2025-ci ildə dünyada məktəb yaşlı uşaq və yeniyetmələrin təxminən hər 10-dan 1-i piylənmə ilə yaşayırdı. Bu rəqəm ilk dəfə olaraq azçəkili uşaqların sayını keçib.”

Aygün

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью