Hər 100 manat yığıma 80 manat ödəniş İcbari avtosığortada diqqətçəkən rəqəm

24.09.2026

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərin həcmi 2026-cı ilin ilk 8 ayında 100 milyon manatı keçib.

Marja.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, yanvar-avqust aylarında bu sığorta növü üzrə 104 milyon 770,1 min manat ödəniş həyata keçirilib.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2025-ci ilin eyni dövründə ödənişlərin həcmi 87 milyon 172,9 min manat idi.

Beləliklə, ödənişlər 17 milyon 597,2 min manat və ya 20,2% artıb.

Sığorta haqları isə 10,7% artaraq 118 milyon 534,2 min manatdan 131 milyon 227,5 min manata yüksəlib.

Ödənişlərin yığımlara nisbəti 73,5%-dən 79,8%-ə çatıb. Başqa sözlə, 2026-cı ilin ilk 8 ayında hər 100 manatlıq sığorta haqqına təxminən 80 manat ödəniş düşüb.

Bu nisbət sığortaçıların yekun mənfəətliliyini ifadə etmir, lakin ödənişlərin yığımlara nisbətən daha sürətli artdığını göstərir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью