Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ölkənin ümumi bakalavriat qəbulundakı payı kifayət qədər böyükdür.
Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev AZƏRTAC-a bildirilib ki, 2026/2027-ci tədris ilində ölkənin mülki ali təhsil müəssisələrinə I–V ixtisas qrupları üzrə ümumilikdə 61 min 516 plan yeri ayrılıb. Bunun 2570-i ADPU-nun payına düşür. Bu, ölkə üzrə ümumi qəbul planının 4,18 faizidir. Beş filial da nəzərə alındıqda ADPU şəbəkəsinin 3605 yerlik qəbul planı ümumi planın 5,86 faizini təşkil edir. Başqa sözlə, Azərbaycan ali təhsilində hər 100 plan yerindən təxminən 6-sı ADPU şəbəkəsinin payına düşür.