Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda 15 və yuxarı yaşda olan hər 1000 nəfərin 974-ü ali, orta ixtisas, peşə, tam və ümumi orta təhsilə malikdir.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin əvvəlinə olan göstəricilərə görə, hər 1000 nəfərdən 167-si ali təhsilli, 91-i orta ixtisas təhsilli, 54-ü peşə təhsilli, 568-i tam orta, 94-ü isə ümumi orta təhsillidir.
Məlumatda qeyd olunur ki, ali, orta ixtisas, peşə və orta (tam və ümumi) təhsili olan əhalinin hər 1000 nəfərə düşən sayı 2011-ci ildə 968, 2016-cı ildə 972, 2021-ci ildə 974, 2025-ci ildə isə 974 nəfər təşkil edib. 2026-cı ilin əvvəlinə olan göstərici də dəyişməyərək 974 nəfər olub. Elektronika məhsulları
Ali təhsillilərin sayı isə artmaqda davam edib. Belə ki, 2011-ci ildə hər 1000 nəfərdən 124-ü ali təhsilli olduğu halda, 2016-cı ildə bu rəqəm 127-yə, 2021-ci ildə 160-a, 2025-ci ildə 164-ə, 2026-cı ildə isə 167-yə yüksəlib.
Qeyd edək ki, 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə əsasən, Azərbaycanda savadlılıq səviyyəsi 99,8 faiz təşkil edib.