Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mədə və bağırsaqla bağlı ən düzgün müayinə metodu, təəssüf ki, insanların USM qədər maraq göstərmədiyi, əksinə qorxub çəkindiyi qastroskopoya və kolonoskopiya , el arasında zondla müayinə adlanan diaqnostika metodları da getdikcə yenilənir, müasirləşir.
“Medicina” xəbər verir ki, xoşagəlməz və ağrılı bir şey kimi qastro və kolonoskopiya ilə bağlı ənənəvi fikirlər keçmişdə qalıb.
Bu gün həkimlər bu prosedurları 30, 20, hətta 15 il əvvəlkindən fərqli şəkildə həyata keçirirlər.
Yemək borusu, mədə və onikibarmaq bağırsağı müayinəsi proseduru və kolonoskopiyanın yoğun bağırsağın müayinəsinin ağrılı olması ilə bağlı kifayət qədər ümumi qorxular hələ də mövcuddur.Amma texnologiya təkmilləşir və tibbdə bu proses çox sürətlə baş verir.
Artıq yüngül sedasiya altında ( bu narkozla səhv salınmamalıdır) xəstə sözün əsl mənasında yarım saat və ya bir saat yuxuya gedir və demək olar ki, heç nə hiss etmir.
Oyandıqdan sonra bir-iki saat sonra evə gedə bilərsiniz. Lazım gələrsə, sedasiya altında bir-birinin ardınca, eyni vaxtda mədə və kolonoskop
Bütün əməliyyat zamanı xəstə anestezioloq-reanimatoloqun nəzarəti altında olur.