Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mütəxəssislər xəbərdarlıq edir ki, hər səkkiz qadından biri döş (süd vəzi) xərçəngi riski altındadır.
Erkən diaqnoz qoyulan hallarda isə xəstəliyin sağalma ehtimalı 90 faizə qədər yüksəlir.
Milli.Az xəbər verir ki, Doğum, Ginekologiya və Süni Mayalanma Mütəxəssisi Prof. Dr.
Aynur Erşahin bildirib ki, döş xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür: "Süd vəzi xərçəngi hər səkkiz qadından birində baş verir və qadın xəstəlikləri arasında birinci yerdə dayanır.
Ondan sonra uşaqlıq, yumurtalıq və uşaqlıq boynu xərçəngləri gəlir.
Oktyabr ayı döş xərçəngi maarifləndirmə ayıdır və bu dövrdə erkən diaqnozun əhəmiyyəti xüsusilə vurğulanmalıdır" .
Mütəxəssis qeyd edib ki, erkən diaqnoz sayəsində döş xərçəngindən sağalma nisbəti 90 faizə çatır. Prof.