Hər adama 2000 dollar Tramp kassanın ağzını açır

10.11.2025

Icma.az, Bakupost saytına istinadən bildirir.


ABŞ Ali Məhkəməsinin ölkə prezidentinin gömrük vergilərini tətbiq etmək səlahiyyəti ilə qeyri müəyyənliklər davam edən ərəfədə Donald Tramp ictimai dəstəyini artırmaq məqsədi ilə təklif irəli sürüb.

Bakupost.az xəbər verir ki, Tramp ölkənin tətbiq etdiyi gömrük vergilərindən əldə olunan gəlirlərin hesabına, yüksək gəlirlilər istisna olmaqla, hər vətəndaşa 2 000 dollar ödənə biləcəyini açıqlayıb. ABŞ dövlət başçısı bununla həm xalq dəstəyini artırmağı, həm də milli borcun ödənməsinə töhfə verməyi hədəfləyir.
ABŞ-də təxminən 340 milyon vətəndaşın 80 faizi bu təklifdən yararlana bilər. Ödənişin necə həyata keçiriləcəyi barədə hələlik ətraflı məlumat verilməyib.
Tramp gömrük tariflərinin ləğvinin ölkə üçün fəlakət olacağını bildirib və tariflərdən əldə olunan gəlirlərin böyük hissəsinin milli borcun azaldılmasında istifadə olunacağını vurğulayıb.
Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью