“Hər addımında tarix yazdın”

07.10.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniyanın “Barselona” klubu Argentina yığmasındakı karyerasını bitirən sabiq hücumçusu Lionel Messi barədə açıqlama yayıb.

Futbolpress.az xəbər verir ki, oktyabrın 6-dan 7-nə keçən gecə 39 yaşlı ulduz Argentina milli komandasının heyətində sonuncu matçına çıxıb. Beninə qarşı keçirilən və 3:0 hesabı ilə yekunlaşan qarşılaşmada Messi penaltidən bir qol vurub və iki məhsuldar ötürmə ilə yaddan qalıb.

Ümumilikdə Argentina formasını 208 matçda geyinən hücumçu bu oyunlarda 126 dəfə rəqib qapılarına yol tapıb və 69 məhsuldar ötürmə müəllifi olub.

Kataloniya təmsilçisi sabiq forvardı ilə bağlı rəsmi bəyanat yayıb:

“2008-ci ildə Pekindəki qızıl medaldan başlayaraq “mavi-ağlar”la birlikdə hər addımında tarix yazdın. Argentina formasını daha da əfsanəvi etdiyin üçün təbrik edirik, Leo!”

Lionel Messi 2003–2021-ci illərdə “Barselona”nın şərəfini qoruduqdan sonra PSJ-yə, 2023-cü ildə isə MLS təmsilçisi “İnter”ə (Mayami) transfer olunmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью