Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ilə Şimali Koreya lideri Kim Çen In arasında yeni sammitin keçirilə biləcəyi iddiası beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
“Cebheinfo.az” xəbər verir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) Vaşinqton və Pxenyan arasında dialoqun bərpasına dair siqnalların aşkarlandığını və bunun liderlər arasında mümkün sammitə hazır olmağı zəruri etdiyini bildirib.
NIS bu qiymətləndirməni Milli Assambleyanın Kəşfiyyat Komitəsində keçirdiyi qapalı brifinq zamanı səsləndirib. Qiymətləndirmədə qeyd olunub ki, Şimali Koreya–ABŞ sammitini, yəni Tramp və Kim Çen In arasında mümkün görüşü hər an baş tuta biləcək hadisə kimi dəyərləndirmək olar.
Xidmətdən bildirilib ki, tərəflər arasında dialoqun bərpa olunduğunu təsdiqləyən konkret faktlar olmasa da, Vaşinqton və Pxenyanq arasında təmasların mümkünlüyünə işarə edən əlamətlər mövcuddur.
Xatırladaq ki, Donald Tramp avqustun 19-da verdiyi açıqlamada Kim Çen In ilə yaxşı münasibətlərə malik olduğunu deyərək, ilin sonunadək onunla görüşə biləcəyini istisna etməmişdi.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin