Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
İrana qarşı mümkün hücum istənilən an həyata keçirilə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə“The Times of Israel” nəşri məlumat yayıb.
Qeyd olunub ki, İsrail ordusu ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hərbi əməliyyat üçün hazırlıq mərhələsini artıq başa çatdırıb. Qəzet bildirir ki, ABŞ qüvvələrinin Yaxın Şərq regionunda yenidən yerləşdirilməsi prosesi də yaxın vaxtlarda tamamlanacaq.
Bununla yanaşı, “The Wall Street Journal”ın məlumatına əsasən, Vaşinqton Amerika hərbi kontingentinin Suriyadan tam şəkildə çıxarılması variantını nəzərdən keçirir. Nəşr qeyd edir ki, bu məsələ ABŞ administrasiyası daxilində müzakirə mövzusudur və regiondakı ümumi təhlükəsizlik vəziyyəti fonunda qiymətləndirilir.