Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.
Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev Böyük Britaniyanın Baş naziri Kir Starmerin istefasının qaçılmaz olduğunu və onun hər an bu addımı ata biləcəyini iddia edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Dmitriyev yazısında Böyük Britaniyada aparılan daxili siyasəti və son kadr qərarlarını sərt tənqid edib. Onun sözlərinə görə, mövcud vəziyyət nəzarətsiz miqrasiya, cinayətkarlıqla bağlı problemlər, senzura və iqtisadi çətinliklərlə xarakterizə olunur.
O, bu prosesləri Starmer hökumətinin siyasətinin nəticəsi kimi qiymətləndirib. Dmitriyev, həmçinin Böyük Britaniyada müzakirələrə səbəb olan bir kadr təyinatına da toxunub.
Tahir Turan
Globalinfo.az