“Hər an ölə bilərəm, mənimlə maraqlanan yoxdur” Fatma Mahmudova | Icma.az
Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Heç kim mənimlə maraqlanmır. Ölmüşəm, qalmışam bilinmir.
Özəl xəstəxanada müalicəyə gücüm çatmadı, ona görə də evə çıxdım. Yanımda tibb bacısı qalır, səhərdən axşama kimi sistemlərimi vurur.
Yeriyə bilmirəm, çətinliklə danışıram. Hər an vəziyyətim pisləşə bilər”.
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
Bir müddət öncə insult keçirən aktrisa maddi vəziyyətinin müalicə almağa imkan vermədiyini bildirib: “Özəl xəstəxanada müalicə aldığım müddətdə bütün xərcləri teatrımızın direktoru Əliqismət Lalayev çəkdi.
Teatrın direktoru hər gün mənimlə maraqlanır. Lalə Azərtaş da çox kömək etdi. Elməddin Cəfərov da sağ olsun, oğlum kimidir.
Mənə təsir edən odur ki, nazirlik özünü elə aparır ki, elə bil mən adlı adam, aktrisa bu həyatda yoxdur.
Öləndən sonra yadlarına düşəcək ki, belə bir sənətçi olub. Ehtiyacım olan zaman mənimlə maraqlanmaq istəmirlər.
Tam oxu
Xəbəri oxu