Hər anın içində möcüzələr var Leyla Əliyevanın şeiri

01.12.2025

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Baba Vəziroğlunun tərcüməsində Leyla Əliyevanın "Bu gün" şeirini təqdim edir.


Dünyanın ən gözəl günüdür - bu gün,
Bu yolda çiçək də, tikan da bitər.
Bir üzü kədərdir, biri toy-düyün,
Bu gün nəyin varsa, şükr elə, yetər.

Ahımız, dərdimiz çəkilər göyə,
Bizim halımıza göylər ağlayar.
Bu günün qədrini bilmirik niyə?
Hər anın içində möcüzələr var.

Niyə qorxuruq ki, şər qüvvələrdən,
Bəlkə də insanın tor gözündədir.
Bu günü, bu anı gözəl yaşa sən,
Həyat da, cənnət də yer üzündədir.

Çox zaman fikirli olursan sən də,
Hədər ötürürsən günü, anı sən.
Nə qədər xoşbəxtlik, nur var içində,
Çalış ki, özünü yaxşı tanı sən.

Yenə Günəş doğur, bax, sökülür dan,
Qara buludları görüb çəkmə ah.
Bu gün nəyin varsa, şükr elə, inan!
Daha aydın, nurlu gələcək sabah!..

"Rasim Qaracanın dəmlədiyi çayı içmək mənim üçün çətin idi" - Orxan Əyyub "Həmin gün anamın kədərdən donmuş sifətinə baxa bilmirdim" - Həsən bəy Zərdabinin məzarı niyə üç dəfə dəyişdirildi? "80 yaşında Xalq artisti adı kimə lazımdır?!" - Dərdlərini özü ilə aparan aktrisa
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью