Hər ay 50 minədək pul alırdım Mətləb Bağırovun sürücüsü ifadə verdi | Icma.az
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin iki əməkdaşı şahid qismində ifadə verib.
Onlar Mətləb Bağırovun evində və iş yerində aparılan əməliyyat-axtarış tədbirlərində iştirak ediblər.
Onlar baxış keçirdikləri evdə dini kitablar və disk aşkar etdiklərini bildiriblər. Daha sonra şahid qismində Fərid Hüseynov ifadə verib.
O bildirib ki, Mətləb Bağırov bacısının əridir. Onun sözlərinə görə, Mətləb Bağırovla birlikdə Cəlilabad rayonundan Bakıya gəliblər: "Qarada
Polis əməkdaşı məndən sənədləri istədi. Sənədləri verəndə nə məsələ olduğunu soruşdu. Həmin vaxt Mətləb Bağırov maşında idi.
Sonra bizi polis idarəsinə apardılar. Oradan da məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar.
Tam oxu
Xəbəri oxu