Hər ay ərzağa nə qədər pul xərcləyirik?

12.08.2025

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Bu ilin ilk 7 ayı ərzində pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 489,6 manat xərcləyib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitin 54,9%-i və ya 268,7 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,1%-i və ya 220,9 manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda ayda 452,2 manat xərcləyib və bu vəsaitin 249,5 manatı (55,2%) ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 202,7 manatı (44,8%) isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью