Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aktrisa Gültac Əlili hər ay avtomobilini saxlamağa görə xeyli vəsait xərclədiyini deyib.
“Yeni Sabah” xəbər verir ki, onun sözlərinə görə, aylıq xərc 1200 manatdır:
“Mən bu puluə qazanır və ödəyirəm. Amma əlavə işlər də görə bilmirəm. Məndən soruşsanız ki, Gültac, sənin aktyorluqdan başqa gəlir mənbəyin varmı? Yəni gələcəkdə, yaşlandıqda, pensiya yaşına çatdıqda, sənətindən ayrıldıqdan sonra evdə rahat oturub dolana biləcəyin başqa bir gəlir mənbəyin varmı? Cavabım belə olar: hazırda yoxdur. Ona görə də cavan qalmağa, daim gündəmdə olmağa çalışıram”. Dominos pizza
“Sevilən səhər” verilişinin digər qonağı - Zülfiyyə Qurbanova da həmkarını dəstəkləyib:
"Bəzən bir insanın hansısa şirkətdə bir ay ərzində qazandığı məvacibi biz gün ərzində 4-5 fərqli yerdə işləyərək qazanırıq. Gültac da mənimlə razılaşar. Bu da, bir növ, məcburiyyətdir. Kimsə deyə bilər ki, bəs sahənizi sizə kimsə məcbur seçdirib? Xeyr, biz bu sənəti sevərək seçmişik. Ona görə də şikayət etmədən işləyirik. Teatra gedirəm, məşqlərdə iştirak edirəm, məşqdən sonra tədbirim varsa, ora yollanıram. Oradan da serial çəkilişim varsa, çəkilişə qaçıram. Bütün bunları özümü maddi cəhətdən təmin etmək və həyatda heç kimdən asılı olmamaq üçün edirəm”.