Hər bayramqabağı qiymətlər bahalaşır EKSPERTDƏN PROQNOZ | Icma.az
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni il süfrəsinin qurulmasında istifadə olunan əsas məhsullar nədirsə, hamısında qiymət artımı müşahidə olunacaqYeni ilə az qalıb.
Hər kəs bayram axşamını təmtəraqlı keçirmək və süfrəsinin naz-nemətlərlə dolu olmasını istəyir.
Maraqlıdır, bəs bayramqabağı qiymətlər necədir? "Baku TV"-nin əməkdaşları bunu araşdırmaq üçün paytaxtdakı bazarlardan birində olublar.
"Fındığın qiyməti 14-15, badamın isə 17-24 manat arasında dəyişir. Kişmiş 22-24 manatadır. Şabalıdı 14-15 manata satırıq.
Düyü isə 3 manat 50 qəpikdən 10 manata kimidir", - satıcılardan biri deyib.Satıcılar deyirlər ki, bazarda alıcılıq qabiliyyəti bir qədər zəifdir.
Onların sözlərinə görə, adətən bayrama bir neçə gün qalmış bazarlarda sıxlıq müşahidə olunur.İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, ötən illərlə müqayisədə ərzaq məhsullarının qiymətində ciddi artım var.
Oktyabr ayına olan məlumata görə, istehlak qiymətləri indeksi son 12 ayda 3,4 faiz bahalaşıb: "Ət və ət məhsulları son 12 ayda 4,4, meyvələr isə 9 faizə qədər bahalaşıb.
Tam oxu
Xəbəri oxu