Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır.
"Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik.
Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq", - deyə nazir bildirib.
Bəs universitetlərin tədqiqat qrupları ilə birgə işləməsi üçün hansı dəyişikliklərə ehtiyac var?
Nə üçün bizdə tədqiqat sahəsi universitetdən kənar qalıb? Mövzu ilə əlaqədar filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Univ
Elmi tədqiqatın ali təhsil müəssisələri tərəfindən təşkili həm elmin, həm də tədrisin inkişafı üçün faydalıdır.
Lakin ayrıca olaraq elmi tədqiqat institutlarının tədrisdən kənar fəaliyyət göstərməsi və aparılan tədqiqatlar əksər vaxtlarda toplu olaraq qalır və onun faydasından bəhrələnmək olmur.