Hər bir təhdidə cavab verməyə hazırıq NATO dan İrana xəbərdarlıq

19.08.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

NATO hər bir təhdidə cavab verməyə hazırdır.

Bunu anonim NATO rəsmisi CNN-ə açıqlamasında “Financial Times”-ın İranın ABŞ-ın Avropadakı hərbi hədəflərinə zərbə endirməyə hazırlaşdığına dair yazısına münasibət bildirərkən deyib.

NATO rəsmisi bu ilin əvvəlində NATO Hava Hücumundan Müdafiə Sistemlərinin İrandan Türkiyəyə atılan raketləri uğurla zərərsizləşdirdiyini xatırladıb.

O qeyd edib ki, NATO-nun çəkindiriciliyi, müdafiə qüvvələri güclü və effektivdir.

Qeyd edək ki, “Financial Times” qəzetinə danışan iranlı anonim rəsmi ABŞ-ın eskalasiyanı artıracağı təqdirdə, Tehranın Avropada ABŞ hərbi obyektlərini hədəfə alacağını bildirib. /APA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью