“Hər birimiz “Neftçi”liyik” Vaqif Sadıqov

14.12.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Neftçi” bu həftə yeni baş məşqçisinin adını açıqladı. Söhbət Yuri Vernidubdan gedir. Məsələ isə başqadı. Ukraynalı mütəxəssis Azərbaycanda, “Neftçi”də nə qədər uğurlu olacaq? Komandanı avrokuboklara daşıya biləcəkmi? Bu suala Vaqif Sadıqov cavab verdi: “Neftçi” rəhbərliyi həmişə əlindən gələni edib. “Neftçi” əzəmətini, ənənəsi qaytarmaq istəyir, azarkeşləri sevindirməyə çalışır. İstəyirlər ki, “Neftçi” ən yüksək yerə layiq oyun sərgiləsin. Hər birimiz “Neftçi”liyik. “Neftçi”li bir gün, iki gün olmur. Hamımız “Neftçi”yə uğurlar arzulamalıyıq. Nə qədər ağır olsa da, komanda avrokuboklardan kənarda qalıb. Buna görə turnir cədvəlində potensiallarının yüz faizindən də artığını etməlidi. “Neftçi”də keyfiyyətli futbolçular var. Amma onlardan komanda qurmaq lazımdı. Məşqçi görsə ki, hansısa nöqtədə boşluq var, qışda bir-iki nöqtəvi transfer etmək olar. Yeni ildən sonra daha güclü “Neftçi” görəcəyimizə ümid edirik”.
MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью