Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının təşəbbüsü ilə Hamamlı zəlzələsi qurbanlarının anım günü qeyd edilib.
“Qafqazinfo” xəbər verir ki, Hamamlı rayonunun Qursalı və Saral kənd sakinlərinin dəvət aldıqları tədbirdə Qərbi Azərbaycan icmasının sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Hikmət Məmmədov, akademik Abel Məhərrəmov və professor İbrahim İsayev iştirak edib.
Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan icmasının rəhbəri Əziz Ələkbərli Qərbi Azərbaycanlıların deportasiyası və Hamamlı zəlzələsi haqda tarixi faktlara əsaslanan geniş məzmunlu çıxış edib.
Tədbirdə söz alan icmanın Nərimanov təşkilatının rəhbəri və Qursalı kənd sakini Təmraz Tağıyev qeyd edib ki, 36 il əvvəl baş vermiş zəlzələdə həlak olanlar sırasında Qursalı və Saral kəndinin 20 sakini də var idi.
İcmanın rayon təşkilatının rəhbəri bildirib ki, Hamamlı rayonunun yerləşdiyi coğrafi ərazi hər tərəfdən erməni kəndləri ilə əhatə olunmuşdu.
Bu rayonun sakinləri birbaşa doğma Azərbaycanla hər hansı formada əlaqəsinin olmaması səbəbindən daha çox əziyyət çəkməli oldu.
Çətinlikləri dəf etmək üçün rayon sakinləri toparlanaraq özünümüdafiə dəstələri yaratmağa nail oldular.