Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Artıq ölkəmizdə çimərlik mövsümü başlayib. İnsanlar bu günü çox böyük səbrsizliklə gözləyirkər! Lap gözəl! Bakîda isə çimərliyin öz ləzzəti var.Çünki Xəzər dənizin sahillərində bir- birinində gözəl çimərliklər var.
Gözəl qum, günəş vannası və səpsərin dəniz... Yay mövsümü təzə başlayıb, amma dənizdə, çayda, gölldə boğulub ölənlərin sayı 30- a çatıb.Dünən( yəni iyunun 22- də Mərdakən çimərliyində suda dörd nəfər boğularaq ölüb. Onlardan ikisi qardaşdır! Bax bu ağır faciədir! Və onlar çimərliyin nəzarət olmayan yerində çimirlərmiş.
Bu isə böyük təhlükədir! Hansı ki, davamlı alaraq Fövqəladə Hallar Nazirliyinin çimərliklərə nəzarət edən əməkdaşları əhalini dəfələrlə xəbərdar ediblər ki, onlar nəzarət olunmayan yerlərdə çımməsinlər! Çünki bu, birmənalı olaraq böyük təhlükədir? Belə ki, həmin yerlərdə dərin çuxurlar var, insanlar isə bunu bilmir və dərin su çuxurlarına düşərək boğulub ölürlər! Ona görə də çimərliklərə gedərkən nəzarət olunan yerdə çimmək lazımdır.
Bir çox çimərliklər də isə normadan artıq bakteriyalar var.Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov mətbuata məlumat verib. O bildirib ki, Sahil, Hövsan, Dübəndi , Sumqayıtın bir neçə çimərliyi, eləcə də şımal və çənub bölgələrindəki bir çöx çimərlikdə dəniz suyundan götürülən nümunələr laboratoriya analizindən sonra onlara normadan artıq bakteriyalar aşkar edilmişdir. Bu isə o deməkdir ki, adını çəkdiyimiz çimərliklərdə çimmək təhlükidir! Ona görə də insanlar dediklərimizi nəzərə almalıdırlar. Çimərliyə gedərkən təhlükəsiz və təmiz su hövzələrinə üz tutmaq lazımdır!
Emil FAİQOĞLU