Icma.az, Olay.az portalına istinadən məlumat yayır.
Aktyor cütlük Serkan Çayoğlu və Özge Gürel Karaköydə keçirilən bir tədbirdə görüntüləniblər.
OLAY yazır ki, mətbuat nümayəndələrinin suallarını cavablandıran Özge Gürel İspaniya tətili barədə danışıb.
“Hər damla tər buna dəydi. Görmək istədiyimiz yerləri gördük. Yenidən mütləq gedilməlidir” deyə aktrisa bildirib.
Tətilin ardından Almaniyada etdikləri ailə ziyarəti barədə də danışan Gürel “Adətən ailəmizlə evdə idik. Ora çox isti idi. Serkanın anası bizi çox yaxşı qonaq etdi. Bol-bol yemək yedik” deyə bildirib.
Xatırladaq ki, cütlük 2022-ci ildə ailə həyatı qurub.