“Hər dəfə qol vurmaq mümkün olmur” Kurban Berdıyev

18.10.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev

Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Turan Tovuz" "İmişli"yə 0:1 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib:

"Bu gün “İmişli” layiqli qələbə qazandı. Standart vəziyyətlərdən çəkinirdik və məhz belə vəziyyətdən qol buraxdıq. Halbuki bu epizodlar üzərində işləmişdik. Təəssüf ki, rəqib fərqləndi. Özümüzün yaratdığımız azsaylı qol imkanlarından isə yararlana bilmədik".

Baş məşqçi komandasının standart vəziyyətlərdən qol vura bilməməsindən də danışıb:

"Standart vəziyyətlər üzərində çox işləyirik. Amma təəssüf ki, hər dəfə qol vurmaq mümkün olmur. Rəqib isə bundan istifadə etdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью