Hər dövlətin Trampdan özəl gözləntisi var ŞƏRH | Icma.az
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. “Donald Trampın ABŞ-ın Prezident seçilməsi müxtəlif ölkələrdə eyni sualın aktuallığını a
Bu fikirləri "Cebheinfo.az"-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib.
O bildirib ki, Trampın andiçmə mərasimi gələn ilin yanvarın 20-də keçiriləcək: “Tramp bu tarixə qədər komandasını formalaşdırmağa çalışacaq.
Donald Trampın dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə kimləri təyin edəcəyi də müzakirə predmetidir.
Çünki məhz dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir Trampın xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirəcəklər.
Trampın bu iki vəzifəyə Respublikaçılar Partiyasının Konqresdəki üzvlərindən təyin edəcəyi ehtimal olunur.
Donald Trampı ABŞ-ın mübarizə apardığı iki əsas dövlətin – Rusiya və Çinin liderləri də təbrik edib.
Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, Donald Tramp Ukraynaya hərbi və maliyyə yardımını ya azaldacaq, ya da tamamilə dayandıracaq.
Tam oxu
Xəbəri oxu