Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Avropa Mərkəzi Bankının (AMB) gələcək avro əskinasları üçün hazırladığı dizayn layihələrində Avropanın tanınmış altı tarixi və mədəniyyət xadiminin portretindən istifadə olunması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, AMB yeni əskinaslar üçün “Avropa mədəniyyəti” və “Çaylar və quşlar” mövzularını müəyyənləşdirib.
“Avropa mədəniyyəti” mövzusu seçilərsə, 5 avroluq əskinasda məşhur opera müğənnisi Mariya Kallas, 10 avroluq əskinasda bəstəkar Lüdviq van Bethoven, 20 avroluq əskinasda alim Mari Küri, 50 avroluq əskinasda yazıçı Migel de Servantes, 100 avroluq əskinasda rəssam və alim Leonardo da Vinçi, 200 avroluq əskinasda isə yazıçı və sülh fəalı Berta fon Suttner təsvir ediləcək.
Əskinasların arxa tərəfində isə həmin şəxslərin fəaliyyət sahələrini əks etdirən mədəni məkanlar və səhnələr yer alacaq. Məsələn, 10 avroluq əskinas musiqiyə, 20 avroluq əskinas məktəb və universitetlərə, 50 avroluq əskinas kitabxanalara, 100 avroluq əskinas muzey və sərgilərə, 200 avroluq əskinas isə ictimai meydanlara həsr olunacaq.
AMB bununla yanaşı, “Çaylar və quşlar” mövzusunda alternativ dizaynlar da hazırlayıb. Bu variantda əskinaslarda Avropanın müxtəlif çayları və quş növləri, arxa hissədə isə Avropa İttifaqının əsas institutlarının binaları təsvir olunur.
Hazırda yekun dizayn müəyyənləşməyib. AMB 2026-cı ilin iyulunda 10 dizayn variantını ictimaiyyətə təqdim edib və avropalıların fikirlərini öyrənmək üçün sorğuya başlayıb. Son dizaynın 2026-cı ilin sonunda seçilməsi gözlənilir.
Yeni əskinasların hazırlanması və istehsalına yekun dizayn seçildikdən sonra başlanacaq.