Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bayramların sevilən atributlarından olan Benqal atəşləri (red: qıvılcım çubuğu və ya sparkler) ciddi xəsarətlərə səbəb ola bilər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislər bu kiçik atəşfəşanlıq verən çubuqların əsas təhlükəsinin ətrafa yayılan yüksək temperaturlu qığılcımlar olduğunu bildiriblər.
Rusiyalı professor Andrey Şanginin sözlərinə görə, Benqal atəşinin yanma temperaturu 1000 dərəcəyədək yüksələ bilər.
Onun sözlərinə görə, ətrafa yayılan qığılcımlar gözləri zədələyə, dəridə yanıqlar yarada və tezalışan materialları alışdıra bilər. Hətta o söndükdən sonra metal çubuğundakı istilik yanıq törədə bilər.
Mütəxəssis xüsusilə uşaqların təhlükəsizliyinə diqqət çəkib. Onun sözlərinə görə, kiçik yaşlı uşaqlara belə çubuqları vermək olmaz. Yanan çubuğu üzə yaxın tutmaq və ətrafa yelləmək də təhlükəlidir.
Qığılcım gözə düşərsə, dərhal tibbi yardım almaq lazımdır. Həkim müayinəsinədək gözü ovuşdurmaq, üzərinə təzyiq göstərmək və ilişib qalmış hissəciyi özbaşına çıxarmağa çalışmaq olmaz.
Professor partlamayan fişənglərin də təhlükəli olduğunu vurğulayıb. Belə fişəngləri götürməyə cəhd etmək onların əldə partlamasına səbəb ola bilər.