“Hər gedib gəldikcə böyrək daşım silkələnir” Günel üsyan etdi

28.07.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müğənni Günel Zeynalova Mərdəkandakı yol probleminə etiraz edib.

"Yeni Sabah" xəbər verir ki, müğənni Günel Zeynalova Mərdəkan qəsəbəsində yerləşən bağ evinə gedən yolun vəziyyətindən narazılığını ifadə edib. Sənətçi sosial şəbəkə hesabında paylaşım edərək yolun yararsız vəziyyətdə olduğunu bildirib və aidiyyəti qurumlara müraciət edib.

Günel Zeynalovanın sözlərinə görə, yolda aparılan təmir işlərindən sonra vəziyyət daha da çətinləşib. O, avtomobillə hərəkət zamanı yaranan çətinliklərdən şikayətlənib. pizza

"Bağımın yolunu göstərirəm. Hər gedib-gəldikcə böyrək daşım silkələnir. Xahiş edirəm, Mərdəkan bölgəsindəki bu yolu təmir edin. Təmir zamanı vəziyyət daha da pis olub. Bu, biabırçılıqdır", - deyə müğənni qeyd edib.

Sənətçi problemin tezliklə həll olunmasını istəyib


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью