Hər girov üçün 5 milyon DOLLAR

20.11.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.

Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.

“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Seçim sizindir”, - deyə Baş nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, İsrail Fələstin anklavında HƏMAS-ın bütün strukturlarını məhv etməkdə qərarlıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью