Saglamolun saytına istinadən Icma.az xəbər verir. YUXU, YEMƏK VƏ HƏRƏKƏTGündəlik həyatda edilən çox kiçik dəyişikliklər insan ömrünü uzada b
“The Lancet” jurnalında dərc olunan 2 yeni araşdırmaya görə, cəmi 5 dəqiqə əlavə fiziki aktivlik, daha az oturaq həyat tərzi və yuxu rejimin
Fiziki aktivliyin on dəqiqəyə çatdırılması bu göstəricini 15 faizə qədər yüksəldə bilər.
Az hərəkətli insanlar üçün isə əlavə 5 dəqiqə aktivlik ölüm riskinin 6 faiz azalması ilə əlaqələndirilib.
Bundan əlavə, gündəlik oturaq vaxtın 30–60 dəqiqə azaldılması da ölüm hallarının 7–13 faiz azalmasına kömək edir.Araşdırma Norveç, İsveç, ABŞ və Böyük Britaniyada 135 mindən çox insanın 8 il ərzində izlənməsi əsasında aparılıb.
Alimlər vurğulayıb ki, bu dəyişikliklər ÜST-nin tövsiyə etdiyi yüksək aktivlik hədəflərinə çata bilməyən insanlar üçün daha real və əlçatandır.İkinci araşdırma isə yuxu və qidalanmanın roluna diqqət çəkib.
Gündə əlavə 5 dəqiqə yuxu və tərəvəz qəbulu ömrü bir ilə qədər uzada bilər.
Sağlam vərdişlərin birləşməsi isə ömrü doqquz ildən çox artırmaq potensialına malikdir.