Hər gün bir ədəd yeyin

05.08.2026

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Portağal C vitamini ilə zəngin meyvələrdən biridir. Bəs onun orqanizm üçün hansı faydaları var?

Axşam.az xarici KİV-ə istinadən portağalın faydalarını təqdim edir:

1. İmmuniteti gücləndirir

Portağalın tərkibindəki C vitamini immun sisteminin fəaliyyətini gücləndirir, orqanizmin soyuqdəymə və viruslara qarşı müqavimətini artırır. Bu vitamin həmçinin bədəndəki iltihabi proseslərin azalmasına kömək edir. Bir portağal insanın gündəlik C vitamini ehtiyacının böyük hissəsini qarşılayır.

2. Xolesterinin səviyyəsini azaldır

Portağalda olan liflər qandakı "pis" xolesterinin səviyyəsinin aşağı düşməsinə kömək edə bilər. Təzə sıxılmış portağal şirəsi də ürək-damar sağlamlığı üçün faydalı hesab olunur.

3. Çəkini qorumağa kömək edir

Su və lif baxımından zəngin olan portağalın kalorisi azdır. Buna görə də sağlam qidalanma zamanı şirin və daha kalorili qidalar əvəzinə portağala üstünlük vermək olar.

4. Xəstəliklərə qarşı qoruyur

Portağalın tərkibindəki antioksidantlar hüceyrələri sərbəst radikalların təsirindən qoruyur. Bu maddələrin müxtəlif xəstəliklərin yaranma riskinin azalmasında rolu olduğu qeyd edilir.

5. Ürək sağlamlığına faydalıdır

Meyvədəki antioksidantlar və digər faydalı maddələr ürək-damar sisteminin qorunmasına kömək edir.

6. Dəriyə müsbət təsir göstərir

C vitamini və antioksidantlarla zəngin olan portağal dərinin sağlam görünüşünü qorumağa, hüceyrələrin yenilənməsinə və qocalma prosesinin ləngiməsinə dəstək ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью