Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, o, brokolinin qidalanma rasionuna daxil edilməsinin sağlamlığına və görünüşünə necə təsir göstərdiyini "Prevention" nəşrinə danışıb.
Mütəxəssis xatırladıb ki, brokoli aşağı kalorili olmasına baxmayaraq, gündəlik C vitamini ehtiyacının 100 faizindən çoxunu, həmçinin K və A vitaminlərini, fol turşusunu və kaliumu ehtiva edir. Bu tərəvəz mədə, ürək və beyin üçün faydalı hesab olunur.
Manakerin sözlərinə görə, brokoli ilə hazırlanan müxtəlif yeməkləri yeddi gün ərzində qəbul etdikdən sonra onun həzmi normallaşıb.
“Brokolidə çoxlu lif var və həzm sistemim bu əlavə dəstəyi mütləq hiss etdi. Qarında köp azaldı, bağırsaqların fəaliyyəti sabitləşdi. Bu isə hətta sağlam qidalanan insanlarda belə hər zaman müşahidə olunmur”, – deyə o bildirib.
Bundan əlavə, diyetoloqun sözlərinə görə, eksperimentin sonunda dərisinin vəziyyəti də nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. O izah edib ki, brokolidə olan C vitamini orqanizmdə dərinin elastikliyini və parlaqlığını təmin edən kollagen zülalının sintezini stimullaşdırır.
Həmçinin brokolidə olan sulforafan adlı antioksidant dərini sərbəst radikalların və ətraf mühit faktorlarının yaratdığı zədələrdən qoruyur.
Bununla belə, o, insanları tək məhsula əsaslanan pəhrizlərə aludə olmamağa çağırıb və balanslaşdırılmış qidalanmanın vacibliyini vurğulayıb.
Həmidə İbrahimova