Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni ABD Malik Kələntərli Azneft dairəsi istiqamətindəki tıxacdan şikayətlənib.
Axşam.az xəbər verir ki, avtomobildə olarkən həmin yoldan video paylaşan ifaçı bunları deyib: "Hörmətli Yol Polisinin əməkdaşları, xahiş edirəm, bu suala cavab verin.
Hər gün Dövlət Bayrağı Meydanından Azerneftə kimi bu yol suni olaraq saxlanılır.
Yolun sonunda sizin əməkdaşınız dəmirlərlə bu yolu daraldır və belə bir tıxac yaradır. Hər gün stress və əsəb keçiririk.
Bunun uşağı, qocası, işi, xəstəsi olanı var. Heç kim bunu fikirləşmir. Bu nə üçündür, nəyə görədir? Zəhmət olmazsa, bizə izah edin.
Bu dəmirlər qoyulur yola, bir maşın boyda yol açılır beləliklə tıxac yaranır".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.