Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Günümüzdə insanların sağlamlığında müşahidə olunan əsas problemlərdən biri zəif immunitetdir.
İmmunitetin zəifləməsi getdikcə xəstəliklərin daha da artmasına, sürətlə yayılmasına, xroniki hal almasına səbəb olur.
Bu gün kimi danışdırsan, xəstəliklərin artımının səbəbini qeyri-sağlam qidalanmada, stress və ətraf mühitin çirklənməsində, passiv, hərəkətsiz həyat tərzində görəcək.
Bu öz yerində, immun sisteminin zəifləməsində sadalananlar mühüm rol oynayır. Amma...
daha təsirli bir səbəb var ki, doğru bildiklərimizin ilk sıralarında gəlir – gigiyena!
Bu günə qədər hər gün duş almaq vacib bilinib – düşünülür ki, təmiz, təravətli bədən mikroblardan, çirkdən arındıqca orqanizm daha da möhkəmlənir.
Lakin yaşlı nəslin tez-tez dilə gətirdiyi bir iddia da var ki, hər gün çimmək orqanizmi zəiflədir, onun mikroblarla mübarizəsinə mane olur.Bu fikirdə həqiqət payı nə qədərdir?Həkim-infeksionist Nahidə Məmmədova Bizim.Media-ya mövzu ilə bağlı bildirdi ki, bu yanaşmada qismən həqiqət var:“Əvvəllər insanların həftədə bir dəfə çimməsinə baxmayaraq guya daha az xəstələnməsi ilə bağlı fikirləri çox eşitmişik.