Icma.az bildirir, Bizimyol portalına istinadən. COP29 günlərində paytaxtda sıxlıq müşahidə edilmir.
Orta məktəblərdə payız tətili, üstəlik, ali təhsil ocaqlarının işləməməsi Bakıda nəqliyyat gərginliyini azaldıb.
Amma bir neçə gün sonra vəziyyət dəyişəcək. Abşeron yarımadasına böyük köç başlayacaq.
Paytaxtın nəqliyyat infrastrukturu yenə üzərinə ağır yük götürməli olacaq.Bizimyol.info xəbər verir ki, Bakıda axırıncı metro stansiyası iki il əvvəl təhvil verilib.
“Xocəsən”in açılışı 2022-ci ilin sonunda olmuşdu. Gələn il hər hansı yeni stansiyanın təhvil verilməsi nəzərdə tutulmayıb.
Bunları ona görə yazırıq ki, şəhər nəqliyyatında metro çox əhəmiyyətli yer tutur.
Tıxaca qarşı effektli mübarizə yollardan biri, bəlkə də, ən əsası metro stansiyalarının çoxluğu, həm də çevik işləməsidir.Bakıda indi 27 stansiya fəaliyyət göstərir.
Müstəqillik dönəmində yalnız 9 yeni stansiya istifadəyə verilib.