Hər gün duş qəbul edənlər bunu mütləq bilməlidir...

14.11.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hər gün duş qəbul etməyin dərinin təbii qoruyucu qatına zərər verdiyi barədə geniş yayılmış fikir yeni araşdırmada təsdiqini tapmayıb. Alimlər bildirirlər ki, əsas məsələ yuyunma tezliyindən çox, suyun temperaturu və duşun müddətidir.

Moderator.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, Nottinqem Universitetinin dermatoloqu Rozalind Simpsonun rəhbərlik etdiyi araşdırmada ekzema xəstəliyindən əziyyət çəkən 438 nəfər iştirak edib.

İştirakçılar iki qrupa bölünüb: bir qrup hər gün, digəri isə həftədə bir-iki dəfə duş qəbul edib. Nəticələr göstərib ki, qruplar arasında ekzemanın şiddəti baxımından əhəmiyyətli fərq yoxdur.

Simpsonun sözlərinə görə, araşdırma gündəlik yuyunmanın dərinin vəziyyətini mütləq pisləşdirdiyi barədə yayılmış fikirləri şübhə altına alır.

Bununla belə, dermatoloqlar uzun müddət isti su ilə duş qəbul etməyin dərini quruda biləcəyini bildirirlər. Buna görə də qısa müddətli, ilıq duşlara üstünlük vermək, sərt tərkibli sabunlardan və ətirli məhsullardan uzaq durmaq məsləhətdir.

Həssas dəriyə sahib olanlara adi sabun əvəzinə yumşaldıcı təmizləyici vasitələrdən istifadə tövsiyə olunur.

Mütəxəssislər vurğulayırlar ki, hər kəsin dəri xüsusiyyətləri fərqlidir. Buna görə də duş qəbulunun tezliyi dərinin reaksiyasına uyğun seçilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью