Icma.az, 525.az saytına istinadən bildirir. Rafael HÜSEYNOVAkademik İlk dəfə o sahillərdə dayandığım günlərdə həmin yerlərdə dəhşətlərin cər
Ancaq uzaqlarda qalmış müharibə hələ də lap yaxında hiss edilirdi.
Mənə kitablardan, filmlərdən tanış olan Triyest şəhərinin küçələrindən, məhəllələrindən keçirdim. Şəhər gündəlik sakit həyatını yaşayırdı.
Ancaq ara-sıra gözə İkinci Dünya müharibəsindəki dəhşətli partlayışlardan xəbər verən mənzərələr dəyirdi.
Bilmirəm həmin müharibə xarabalıqlarını ətrafdakı digər gözəl tikililərə bənzəyən başqa binalarla əvəz etməyə hələ əlləri çatmamışdı, ya bu viranəlikləri qəsdən saxlamışdılar ki, müharibənin acı xatirəsi göz önündə olsun, yaddaşı ağrıtsın, keçmiş acıları unudulmağa qoymasın?!
2011-ci ilin may günlərində Mehdi Hüseynzadəni ilk dəfə ziyarət etdiyim çağlarda onun bir zamanlar döyüşdüyü İtaliyaya da getdim - Triyest şəhərini də gəzib dolaşdım.
Sonra gəlib Adriatik dənizinin sahilində oturdum. Axşamüstü idi, qürub çağı idi.
Bir suyu Xəzərə bənzəyən dənizə baxırdım, batan günəşi seyr edirdim və istər-istəməz Mehdini xatırlayırdım.