“Hər hansı danışıqlar getmir” İrandan ABŞ yə təkzib

06.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“ABŞ vasitəçilər vasitəsilə İrana iyun ayında bağlanan İslamabad memorandumunun öhdəliklərinə qayıtmağa hazır olması ilə bağlı mesajlar göndərib”.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin müavini Kazım Qəribabadi bəyan edib.

Diplomat Amerikadan gələn rəsmi açıqlamaları təkzib edərək heç bir birbaşa təmasın olmadığını vurğulayıb:

“ABŞ tərəfinin Tehranla danışıqlar aparması barədə iddiaları həqiqətə uyğun deyil, hər hansı danışıqlar getmir. İran İslam Respublikası ölkənin nüvə proqramının müzakirəsini nəzərdə tutan danışıqların ikinci mərhələsinə keçidlə bağlı hələ ki yekun qərar qəbul etməyib”.

Məlumat üçün bildirək ki, bundan əvvəl “Axios” portalı ABŞ, İran və Omanın Hörmüz boğazının fəaliyyətinin bərpasına dair müvəqqəti saziş bağlamağa çox yaxın olduğunu və Vaşinqtonun bunu açıqlamaq niyyətində olduğunu yazmışdı. Saziş şərtlərinə görə, Oman və İran arasında 60 günlük müvəqqəti anlaşmanın əldə olunması və uzadılması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью