Hər həftə bir ev alırdım Türkiyəli şoumen KONKRET

19.10.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Türkiyəli şoumen Mehmet Əli Ərbilin sərvəti ilə bağlı açıqlamaları diqqət çəkib.

KONKRET.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu barədə keçmiş həyat yoldaşı Tuğba Coşqunun Yutub layihəsində danışıb. O, evli olduqları dövrdə daşınmaz əmlaka yatırım etdiklərini bildirib.

Mehmet Əli Ərbil həmin illərdə demək olar ki, hər həftə bir ev aldıqlarını söyləyib.

Şoumen daha əvvəl sərvəti ilə bağlı verdiyi açıqlamada isə hazırda yaşadığı evin 10 milyon dollar dəyərində olduğunu, keçmiş həyat yoldaşlarına verdiyi evlərin ümumi qiymətinin də eyni məbləğ təşkil etdiyini bildirmişdi.

“Qumar oynayaraq heç vaxt bütün var-dövlətimi itirməmişəm. Övladlarımın gələcəyini təmin etmişəm” deyə, o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью