Hər iki görüşdə Sabah dan yaxşı oynadıq Levski nin futbolçusu

15.08.2025

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah”la cavab oyununda “Levski”nin ilk qolunun müəllifi olan Radoslav Kirilov fikirlərini bölüşüb.

QOL.az "Tema Sport"a istinadən xəbər verir ki, bolqarıstanlı vinger Bakıda 2:0 hesablı qələbədən sonra deyib ki, "Sabah"a daha çox qol vura bilərdilər:

"Hədsiz şadam ki, bu turu keçə bildik. Hər iki görüşdə rəqibdən daha yaxşı oynadıq. İlk oyunda qol gec gəldi. Amma bu, əslində bizə faydalı oldu. Düşünürəm ki, komandamız hələ inkişaf etməlidir. Taktiki olaraq göstərişlərə əməl etdik. Rəqib qapısı qarşısında çoxlu qol vəziyyətlər yaratdıq və daha çox qol vura bilərdik, lakin bunlar da kifayətdir",

Xatırladaq ki, Sofiyada keçirilən ilk görüdə "Sabah"a 1:0 hesabı ilə qalib gələn "Levski" Bakıdakı oyunda 2 cavabsız qolla növbəti mərhələyə yüksəlib. Komanda pley-offda "AZ Alkmaar"a (Niderland) rəqib olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью