Hər iki komanda mərhələ adlamağa layiq idi Jorje Kaşkilya

03.12.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"İmişli" Bizon Azərbaycan Kubokunun 1/8 final oyununda "Sabah"a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorje Kaşkilya əlavə vaxta qədər uzanan matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı şərh edib:

"Meydanda iki yaxşı komandanın ifasında maraqlı oyun oldu. İlk yarıda daha yaxşı oynadıq. İkinci hissədə "Sabah" standartdan, ev tapşırığından gözəl qol vurdu. Bərabərliyi təmin edərək mübarizəni əlavə vaxta daşısaq da, "Sabah"ın fərdi cəhətdən keyfiyyətli oyunçuları artığına imkan vermədi. Hər iki komanda mərhələ adlamağa layiq idi". 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью