Hər iki komanda yaxşı oyun sərgilədi Fizuli Məmmədov

14.02.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Misli Premyer Liqasında XX tur start götürüb.

Fanat.Az xəbər verir ki, Günə "Zirə" – "Karvan-Yevlax" oyunu ilə yekun vurulub. Meydan sahiblərinə 1 qol bəs edib.

Qonaqların baş məşqçisi Fizuli Məmmədov matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

"Çox maraqlı oyun oldu. Sona qədər mübarizə getdi. Hər iki komanda yaxşı oyun sərgilədi. Bilirik ki, "Zirə" yaxşı komandadır, amma bu gün biz də yaxşı oynadıq. Bir standart vəziyyətdə qapımızda qol gördük. Hesabı bərabərləşdirmək istəyirdik. Oyunun gedişatında sistemdə dəyişiklik etdik, hücumçuların sayını artırdıq. Təəssüf ki, qol vura bilmədik. Rəqibi təbrik edirəm, növbəti matça hazırlaşacağıq".

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью