Hər il 2 milyondan çox yeni xərçəng diaqnozu

30.09.2026

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Hər il təxminən 2,3 milyon yeni xərçəng xəstəliyi beş yoluxucu agentlə əlaqələndirilir .
Newscenter.az TASS-a istinadən bildirir ki, "The Lancet" tibb jurnalı bununla bağlı araşdırma aparıb.
Onkoepidemiolog professor Harriet Ramgayın rəhbərlik etdiyi tibb tədqiqatçıları qrupuna görə, xərçəng hallarının ən çoxu Helicobacter pylori (xərçəng hallarının 4%-i) və insan papillomavirusu (4%) ilə əlaqəli olub. Müəyyən edilmiş digər patogenlər arasında hepatit B virusu (2%), Epstein-Barr virusu (1%) və hepatit C virusu (1%) var.
Alimlər yazırlar ki, tədqiqatlarının nəticələri yeni yoluxucu xəstəliklərin qarşısının alınması vasitələrinin tədqiqatına və inkişafına investisiya qoyuluşunu əsaslandırır. Tibb tədqiqatçıları vurğulayırlar ki, yoluxucu xəstəliklər və xərçəng arasındakı əlaqənin dərəcəsi çox vaxt qiymətləndirilmir. Lakin tədqiqatlar göstərir ki, kütləvi HPV peyvəndi, hepatit B peyvəndi və Helicobacter pyləri və hepatit C üçün müayinə milyonlarla xərçəng halının qarşısını ala bilər.
Anar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью