Hər il 3000 dən artıq müəllim STEAM təlimlərində iştirak edir

12.11.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 12 noyabr, Aysel Azadqızı, AZƏRTAC

STEAM Azərbaycan layihəsi hazırda 5000-dən çox müəllimi özündə birləşdirir. Lakin hər il 3000-dən çox müəllim təlimlərə cəlb olunur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq STEAM Azərbaycan layihəsinin İctimaiyyətlə əlaqələr və kommunikasiya bölməsinin rəhbəri Gülnar Xanəliyeva məlumat verib. O bildirib ki, müəllimlər ilkin mərhələdə müxtəlif modulları əhatə edən “STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası” təlimində iştirak edirlər. Təlimin sonunda onlar müxtəlif tapşırıqlar vasitəsilə qiymətləndirilir və nəticədə STEAM müəllimi kimi ümumtəhsil müəssisələrində dərs keçmək hüququ qazanırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью